“Sumqayıt”ın futbolçusu: Ümidvaram ki, “qara zolaq”dan qısa zamanda çıxacağıq - MÜSAHİBƏ

“Sumqayıt”ın futbolçusu: Ümidvaram ki, “qara zolaq”dan qısa zamanda çıxacağıq - MÜSAHİBƏ “Sumqayıt” klubunun futbolçusu Kamran Quliyev “Report”a müsahibə verib. 24 yaşlı hücumçu müsahibəsində avqust ayında “Səbail”ə vurduğu qolun “ayın qolu” seçilməsinə münasibətini bildirib, həmçinin komandasının cari mövsümdəki çıxışına toxunub. O, Azərbayc
Futbol
23 Sentyabr , 2024 16:42
“Sumqayıt”ın futbolçusu: Ümidvaram ki, “qara zolaq”dan qısa zamanda çıxacağıq - MÜSAHİBƏ

“Sumqayıt” klubunun futbolçusu Kamran Quliyev “Report”a müsahibə verib. 24 yaşlı hücumçu avqust ayında “Səbail”ə vurduğu qolun “ayın qolu” seçilməsinə münasibət bildirib, həmçinin komandasının cari mövsümdəki çıxışına toxunub. O, Azərbaycan Premyer Liqasının 2024/2025 mövsümündə geridə qalan 7 turla bağlı düşüncələrini də bölüşüb, “Turan Tovuz”un çıxışını xüsusi fərqləndirib.

- Azərbaycan Premyer Liqasının III turunda “Səbail”ə vurduğunuz qol “ayın qolu” seçildi. Təəssüratlarınız necədir?

- Dəstək göstərən hər kəsə təşəkkürümü bildirirəm. Gözləyirdim və ayın qolu seçilməsini istəyirdim. Bu mənə əlavə motivasiya verir. Növbəti oyunlarda da oynasam, qol vurmağa çalışacağam.

- Qol epizodunu necə təsvir edərdiniz?

- Əvvəlcə topu qapıçının başı üzrəindən qapıya göndərmək istəyirdim. Sonradan qapıçının topa gecikdiyini gördüm və onu keçməyi üstün tutdum ki, qol 100 faizlik olsun. Əsas odur ki, qələbə qazandıq və həmin vaxt sevincli idim. Artıq 4 oyundur uduzuruq, inanıram ki, yaxşı olacaq.

- “Sumqayıt”ın cari mövsümdəki nəticələri hələlik ürəkaçan deyil. Komandanın çıxışı haqqında nə düşünürsünüz?

- “Qara zolağ”a düşmüşük. Hər komandanın başına gələ biləcək haldır. Qısa zamanda toparlanıb çıxış yolu axtarmalıyıq. Nə etsək, komanda şəklində özümüz edəcəyik. Növbəti oyunlara hazırlaşacağıq, ümidvaram ki, “qara zolaq”dan qısa zamanda çıxacağıq.

- Komandada uyğunlaşma problemi var? Hansı çatışmazlıqları qeyd edə bilərsiniz?

- Çatışmazlıqlarla bağlı baş məşqçi danışa bilər. Uyğunlaşma probleminə gəlincə, yerli və ya xarici futbolçular üzərlərinə düşəni edirlər. Legionerləri xoş qarşılayırıq, hər şeylə tanış edirik. Yerli oyunçular olaraq üzərimizə düşəni edirik, amma bu, onların beynində necə formalaşır, deyə bilmərəm.

- “Qara zolağ”a düşməyinizin səbəbini avrokuboklardakı uğursuzluqla əlaqələndirmək mümkündür?

- İnanmıram, səbəb bu olsun. Avrokuboklardakı çıxışımızın üzərindən xeyli müddət keçib. Üstəlik, 2 oyunda - “Səbail” və “Kəpəz” klubları üzərində qələbə qazanmışıq. Nə oldusa, bundan sonra oldu. Səbəbini bilmirəm. Ümidvaram ki, yaxın vaxtlarda məşqçilər heyəti çıxış yolu tapar.

- “Sumqayıt” klubunun cari mövsümdə hədəfləri nədir?

- İndidən bu barədə danışmaq çətindir. Çünki cəmi 7 tur oynanılıb. Yüksək yerləri tutmaq istəyirik.

- Cari mövsümlə bağlı fikirləriniz necədir? Ötrənilki çempionata baxanda hansı fərqlər var?

- “Şamaxı” güclənib. Buna görə çox şadam, çünki komandanın keçmiş futbolçusu olmuşam. “Şamaxı”nın uğurları məni sevindirir. “Turan Tovuz” yaxşı formalaşdırılmış komandadır. “Qarabağ” haqqında danışmağa ehtiyac görmürəm, çünki “1 nömrə”dir. Biz də əlimizdən gələni etməyə çalışacağıq.

- “Turan Tovuz”un “Qarabağ”ı məğlub edəcəyi nə dərəcədə gözlənilən idi?

- Futbolda belə hallar olur. Bəzən olur ki, 90 dəqiqə hücum edirsən, amma qol vura bilmirsən. Autsayder komanda isə bir dəfə hücum edir, qol vurur və qələbə qazanır. “Turan Tovuz” mövsümə yaxşı başlayıb, görək necə olacaq. Biz öz oyunumuza fokuslanmışıq.

Son xəbərlər

Orphus sistemi