"Sumqayıt"ın baş məşqçisi və "Neftçi"nin futbolçusuna verilən cəza açıqlanıb
Futbol
- 21 fevral, 2018
- 10:00
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 21 fevral. REPORT.AZ/ AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasında XVI turun “Sumqayıt” – “Neftçi” matçında baş verənlərlə bağlı cəza tədbirləri görüb.
"Report"un məlumatına görə, meydan sahiblərinin baş məşqçisi Samir Abasov 1 oyunluq cəza və 800 manat cəriməyə məruz qalıb. Səbəb 40 yaşlı mütəxəssisin texniki zona qaydalarını pozmasıdır.
"Neftçi"dən isə Rəşad Sadiqov 60-cı dəqiqədə azarkeşlərə qarşı təhqiredici ifadələr işlətdiyinə görə, meydandan kənarlaşdırıldığından, 3 oyunluq cəzalanıb, klub 1600 manat cərimə olunub. Komanda 5 futbolçusu sarı vərəqə ilə cəzalanması səbəbindən 800 manat ziyana düşüb.
Qeyd edək ki, bu görüş "Sumqayıt"ın qələbəsi ilə yekunlaşıb - 2:0.
Son xəbərlər
23:09
Foto
UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb - Yenilənir-7
Futbol
23:03
Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib
Xarici siyasət
22:56
Foto
Göyçayda güclü külək irigövdəli ağacı yola aşırıb
Hadisə
22:29
Əraqçi İranın kimyəvi silah hazırlaması ilə bağlı İsrailin ittihamlarına münasibət bildirib
Region
22:11
ABŞ SpaceX-ə 1 milyonadək orbital data mərkəzi peyki yerləşdirməyə icazə verib
Digər ölkələr
21:52
Aİ Rusiya aktivlərini ən azı 35 il ərzində blokdan çıxarmağı planlaşdırmır
Digər ölkələr
21:42
Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb
Mədəniyyət siyasəti
21:35
Foto
Azərbaycan və Özbəkistan parlamentləri arasında "Yol xəritəsi" imzalanıb - Yenilənib-2
Xarici siyasət
21:32
Naxçıvanın büdcəsi haqqında qanun Ali Məclisdə birinci oxunuşda qəbul edilib
Maliyyə