Sadıxovun qolu Avropada ilk "10-luğ"a layiq görüldü

Sadıxovun qolu Avropada ilk "10-luğ"a layiq görüldü "Belə qolların olması bizi sevindirir. Bunlar çempionatımızın bəzəyidir. Bəzən qınaqlar olur ki, Premyer Liqada baxımlı qollar vurulmur"
Futbol
19 Aprel , 2021 14:50
Sadıxovun qolu Avropada ilk 10-luğa layiq görüldü

"Belə qolların olması bizi sevindirir. Bunlar çempionatımızın bəzəyidir. Bəzən qınaqlar olur ki, Premyer Liqada baxımlı qollar vurulmur".

Bu fikirləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov "Report"un canlı efirində yayımlanan "ReSport" verilişində Azərbaycan Premyer Liqasının XXIII turunda "Qəbələ"ni 2:0 hesabı ilə məğlub etdikləri oyunda komandanın yarımmüdafiəçisi Rəhim Sadıxovun baxımlı qolu barədə danışarkən deyib.

40 yaxşı mütəxəssis həmin qolu Avropada ilk "10-luğ"a layiq gördüyünü bildirib: "Bu, ev tapşırığı idi. Xəyal Nəcəfov və ya Rəhim Sadıxov məsuliyyəti öz üzərinə götürməli idilər. Mükəmməl qol alındı. Ümumiyyətlə, Rəhimin belə potensialı var. Düşünürəm ki, qol Avropada ilk "10-luğ"a düşə bilər".

Abbasov "Sumqayıt"ın digər hücumçusu Əli Qurbaninin başla vurduğu qola da toxunub: "Hər oyundan öncə rəqibləri təhlil edirik. Əlidən bu cür qollar gözləyirik. Standart vəziyyətlər zamanı bunun üzərində çalışır. Bu cür qolların vurulması bizi sevindirir. Amma qollardan əlavə, komanda şəklində yaxşı oynadıq. Belə vəziyyətdə 2:0 hesabı ilə qalib gəlmək vacib idi. "Qəbələ"yə qarşı uğursuz statistikamız var idi. "Qara zolaq"dan çıxdıq".

Son xəbərlər

Orphus sistemi