"Sumqayıt"ın baş məşqçisi: "Hücumda qol vəziyyətlərindən yararlanmamaq məni narahat edir"

Futbol
  • 26 noyabr, 2017
  • 15:35
Sumqayıtın baş məşqçisi: Hücumda qol vəziyyətlərindən yararlanmamaq məni narahat edir

Bakı. 26 noyabr. REPORT.AZ/ "Sumqayıt"ın baş məşqçisi Samir Abasov "Səbail"lə evdə 0:0 hesablı heç-heçə etdikləri Topaz Premyer Liqasının XIII tur matçından sonra mətbuat konfransı keçirib.

"Report"un məlumatına görə, gənc mütəxəssis əvvəlcə oyunu dəyərləndirib...

- Həddən artıq udmaq istəyimiz belə nəticəyə gətirib çıxardı. Amil Yunanovun son zamanlar oyunu alınmır. Bilmirəm nədəndir? Bəlkə də məqsəd qoyub ki, bombardir olmalıyam. Son 2 oyunda 6 qol imkanını əldən verdi. Qış fasiləsi yarandıqdan sonra təhlillər aparacağıq.

Sizə elə gəlmirmi ki, bu gün 10 futbolçu ilə oynadınız. Çünki Ramil Həsənov meydanda yox kimi idi...

- Bu gün Ehtiram Şahverdiyevin effektini görmədim. Ramil Həsənovu məcburən meydana buraxdıq. Çünki 3 oyunçumuz cəzalı idi. Ehtiram ona verilən ötürmələri dəyərləndirməli idi.

Rəşad Eyyubov ləng təsir bağışlayırdı...

- Bu gün vəziyyət tələb edirdi ki, tələsməsin, aramla oynasın. İlk yarıda məşqlərdə etdiyimiz epizodlardakı kimi yararlanmaq mümkün olsaydı, nəticə başqa cür olardı. Amma Rəşadın oyunundan o qədər də narazı deyiləm. Hücumda qol vəziyyətlərindən yararlanmamaq məni narahat edir.

Bu yaxınlarda "Atletiko"nun düşərgəsinə yollanacağınızla bağlı xəbərlər nə dərəcədə doğrudur?

- Hələ bu məsələ dəqiqləşməyib. İlk növbədə, "Atletiko" razılıq verməlidir. Klubumuz da əlindən gələni edir ki, ən yaxşı klublardan birinə gedək.

44 filmi