"Sumqayıt"ın 3 aparıcı müdafiəçisi "Səbail"ə qarşı oynamayacaq

"Sumqayıt"ın 3 aparıcı müdafiəçisi "Səbail"ə qarşı oynamayacaq "Sumqayıt" Azərbaycan Premyer Liqasının XV turunun "Səbail"lə oyununa ciddi itkilərlə çıxacaq
Futbol
13 Fevral , 2021 13:14
Sumqayıtın 3 aparıcı müdafiəçisi Səbailə qarşı oynamayacaq

"Sumqayıt" Azərbaycan Premyer Liqasında XV turun "Səbail"lə oyununa ciddi itkilərlə çıxacaq.

Klubdan "Report"a verilən məlumata görə, kapitan Vurğun Hüseynov və Cabir Əmirli zədə, digər müdafiəçi Cəmaləddin Xocaniyazov isə cəza səbəbindən bugünkü matçda iştirak etməyəcək.

"Dənizçilər"in heyətində isə itki yoxdur.

Qeyd edək ki, "Sumqayıt" - "Səbail" görüşü saat 16:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi