"Sumqayıt"ın 18 futbolçusunda koronavirus aşkarlandı

"Sumqayıt"ın 18 futbolçusunda koronavirus aşkarlandı Azərbaycan Premyer Liqasında çıxış edən "Sumqayıt" komandasının 18 futbolçusunda koronavirus aşkarlanıb.
Futbol
3 Dekabr , 2020 16:12
Sumqayıtın 18 futbolçusunda koronavirus aşkarlandı

Azərbaycan Premyer Liqasında çıxış edən "Sumqayıt" komandasının 18 futbolçusunda koronavirus aşkarlanıb.

"Gənclik şəhəri" təmsilçisindən "Report"a verilən məlumata görə, klub bununla bağlı Peşəkar Futbol Liqasına müraciət edib.

Komanda XII turda "Zirə" ilə görüşün təxirə salınmasını istəyib.

Qeyd edək ki, dekabrın 6-da keçiriləcək "Zirə" - "Sumqayıt" oyunu saat 16:00-a təyin olunub.

Son xəbərlər

Orphus sistemi