Frits Ştuxlik "Neftçi"nin məşqçi və futbolçuları üçün seminar keçirdi

Futbol
  • 05 fevral, 2020
  • 09:10
Frits Ştuxlik Neftçinin məşqçi və futbolçuları üçün seminar keçirdi

 "Neftçi” klubunun inzibati binasında AFFA-nın Hakimlər və Hakim-İnspektorlar Komitəsinin sədri Frits Ştuxlikin iştirakı ilə seminar keçirilib. 

"Report" paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, seminarda əsas komandanın məşqçi və futbolçu heyəti iştirak edib. 

Tədbirdə komanda üzvlərinə hakim idarəçiliyi zamanı tətbiq olunan yeni qaydalar haqqında ətraflı məlumat verilib.