"Şturm" rəsmisi: "Emreli ilə maraqlanmağımız cəfəngiyyatdır"

"Şturm" rəsmisi: "Emreli ilə maraqlanmağımız cəfəngiyyatdır" Avstriyanın "Şturm" klubunun idman direktoru Andreas Şiker Azərbaycan millisi və "Qarabağ"ın futbolçusu Mahir Emrelinin xidmətində maraqlı olmaları ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
Futbol
30 Yanvar , 2021 09:16
Şturm rəsmisi: Emreli ilə maraqlanmağımız cəfəngiyyatdır
Mahir Emreli

Avstriyanın "Şturm" klubunun idman direktoru Andreas Şiker Azərbaycan millisi və "Qarabağ"ın futbolçusu Mahir Emrelinin xidmətində maraqlı olmaları ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

"Report" xəbər verir ki, Qrats təmsilçisinin rəsmisi "kleinezeitung.at" saytına açıqlamasında məlumatı təkzib edib.

O, 24 yaşlı hücumçu üçün Ağdam klubuna təklif göndərmədiklərini bildirib: "Bu, tamamilə cəfəngiyyatdır. Bizim forvard transferi ilə bağlı heç bir kluba müraciətimiz olmayıb. Əsas hücumçumuz Bekim Balyay komandada qalır. Onun Türkiyə klubuna keçəcəyi ilə bağlı xəbərlər də həqiqəti əks etdirmir".

Qeyd edək ki, son vaxtlar Mahir Emrelinin adı "Şturm"la yanaşı, Polşa və Macarıstan klubları ilə də hallanır. "Qarabağ" rəhbərliyi isə futbolçunun ən azı cari mövsümün sonunadək komandada qalacağını açıqlayıb.

Son xəbərlər

Orphus sistemi