"Sportinq" "Qarabağ"la oyunun hazırlığına başlayıb

"Sportinq" "Qarabağ"la oyunun hazırlığına başlayıb Nani məşqdə iştirak edib, Bas Dost isə müalicəsini davam etdirir
Futbol
18 Sentyabr , 2018 10:11
Sportinq Qarabağla oyunun hazırlığına başlayıb
0 : 00
0 : 00

Bakı. 18 sentyabr. REPORT.AZ/ Portuqaliyanın “Sportinq” komandası UEFA Avropa Liqasının qrup mərhələsinin ilk turunda qarşılaşacağı “Qarabağ”la oyunun hazırlığına başlayıb.

“Report” Lissabon təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Liqa Kubokunun qrup mərhələsinin ilk turunda “Maritimu” üzərində 3:1 hesablı qələbədən sonra baş tutan ilk məşqi klub prezidenti Frederiko Varandas və menecer Roberto Servero da izləyib. Akademiyanın meydançasındakı hazırlıq prosesinə əzələ ağrılarına görə son məşqləri və “Maritimu” ilə görüşü buraxan kapitan Nani də qatılıb. Hücumçu Bas Dost isə hələ də müalicəsini davam etdirir.

“Sportinq”in bu günə olunan səhər və axşam məşqləri qapalı olacaq. Hazırlıq prosesində yarımmüdafiəçilər - Brunu Fernandeş və Migel Luiş də qatılacaq. Onlar kiçik zədə səbəbindən son məşqdə iştirak etməyiblər.

Qeyd edək ki, sentyabrın 20-də Lissabondakı "Joze Alvalade" stadionunda keçiriləcək "Sportinq" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 

Son xəbərlər

Orphus sistemi