Şotlandiyada fanatlar futbol oyunu zamanı qapıçını vurublar - VİDEO

Şotlandiyada fanatlar futbol oyunu zamanı qapıçını vurublar - VİDEO Bakı. 2 noyabr. REPORT.AZ/ Futbol üzrə Şotlandiya çempionatının 11-ci turu çərçivəsində Edinburqun Harts və Haybernian klubları arasında keçirilən oyun zamanı (0:0) azarkeşlər matçı gedişatına müdaxilə ediblər.
Futbol
2 Noyabr , 2018 02:03
Şotlandiyada fanatlar futbol oyunu zamanı qapıçını vurublar - VİDEO

Bakı. 2 noyabr. REPORT.AZ/ Futbol üzrə Şotlandiya çempionatının 11-ci turu çərçivəsində Edinburqun "Harts" və "Haybernian" klubları arasında keçirilən oyun zamanı (0:0) azarkeşlər matçı gedişatına müdaxilə ediblər.

"Report" "Sky News"a istinadən xəbər verir ki, oyun epizodlarından birində "Harts"ın qolkiperi Zdenek Zlamal qapı arxasına düşən topu götürən zaman tribunadakı azarkeşlər tərəfindən vurulub.

Çexiyalı qapıçı zərbədən sonra üzünü tutaraq yerə yıxılıb. Başqa bir epizodda isə "Haybernian" klubunun baş məşqçisi Nil Lennon zərər çəkib. Ona tribunadan dəmir pul atılıb və sikkə mütəxəssisin çənəsinə dəyib.

Bildirilir ki, polis hər iki faktla bağlı araşdırmalara başlayıb. Artıq beş nəfər şübhəli şəxs qismində saxlanılıb.

Bundan əvvəl İspaniya klubunun futbolçusunun insult keçirdiyi xəbər verilib.

Son xəbərlər

Orphus sistemi