İspaniya klubunun futbolçusu insult keçirib

İspaniya klubunun futbolçusu insult keçirib 23 yaşlı yarımmüdafiəçi xəstəxanaya çatdırılıb
Futbol
1 Noyabr , 2018 13:17
İspaniya klubunun futbolçusu insult keçirib
0 : 00
0 : 00

Bakı. 1 noyabr. REPORT.AZ/ İspaniyanın "Real Sosyedad" klubunun futbolçusu Luka Sanqalyi insult keçirib. 

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 23 yaşlı hücumameylli yarımmüdafiəçi dərhal xəstəxanaya çatdırılıb. İspaniyalı oyunçunun hazırda həkimləri nəzarəti altında olduğu bildirilir. Klub onun vəziyyətinə dair məlumatı tezliklə yayacaq. 

Qeyd edək ki, Luka Sanqalyi bu mövsüm "Real Sosyedad"ın heyətində 6 oyunda meydanda olub, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Komanda 10 turdan sonra 12 xalla 12-ci pillədə qərarlaşıb. 

Son xəbərlər

Orphus sistemi