Slovakiya millisinin hücumçusu Azərbaycanla oyundan əvvəl zədələnib
Futbol
- 18 sentyabr, 2022
- 06:00
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
UEFA Millətlər Liqasında Azərbaycan və Belarus komandaları ilə qarşılaşacaq Slovakiya yığmasının heyətində dəyişiklik olub.
"Report" Slovakiya Futbol İttifaqının rəsmi saytına istinadən xəbər verir ki, Çexiyanın "Slaviya" (Praqa) klubundan milliyə cəlb edilən İvan Şrants zədələndiyi üçün heyətdən çıxarılıb.
29 yaşlı hücumçu ilin sonunadək yaşıl meydanlardan kənarda qalacaq. Forvard Kosovo "Balkani"sinə 3:2 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının qrup mərhələsinin II tur oyununda xəsarət alıb.
Şrantsın əvəzinə Bratislava "Slovan"ından David Qrnçar yığmaya cəlb olunacaq.
Qeyd edək ki, Slovakiya seçməsi sentyabrın 22-də Azərbaycan millisini, 3 gün sonra isə Belarus kollektivini qəbul edəcək.
Son xəbərlər
04:53
Azərbaycan BMT-ni itkin düşmüş şəxslər məsələsində daha fəal rol oynamağa çağırıb
Xarici siyasət
04:36
"Axios": ABŞ Oslodakı danışıqlardan sonra Rusiyadan kompromisə getməyi gözləyir
Digər ölkələr
03:58
"The Times": Britaniya Şimal dənizində qaz yatağını işlətmək niyyətindədir
Digər ölkələr
03:22
WP: Putin Trampın seçkilərlə bağlı narahatlığından onu öz tərəfinə çəkmək üçün istifadə edib
Digər ölkələr
02:52
"SpaceX" rüblük gəlirini illik ifadədə 161 % artırıb
Biznes
02:23
"Shafaq News": İraq İranla sərhədin böyük hissəsini bağlayıb
Digər ölkələr
01:42
Albaniyada etirazçılar baş nazirin dialoq təklifini geri çeviriblər
Digər ölkələr
01:22
WSJ: İlon Mask Ukraynada "Starlink"in işini məhdudlaşdırmağı əmr edib
Digər ölkələr
01:03
UEFA Çempionlar Liqası: PSJ "Barselona"nı məğlub edib
Futbol