Slovakiya - Azərbaycan oyununda azarkeş məhdudiyyəti olmayacaq

Slovakiya - Azərbaycan oyununda azarkeş məhdudiyyəti olmayacaq Azərbaycan millisinin UEFA Millətlər Liqasında rəqiblərindən olan Slovakiya yığması ev oyunlarını azarkeşlərin iştirakı ilə keçirə biləcək.
Futbol
10 Mart , 2022 16:01
Slovakiya - Azərbaycan oyununda azarkeş məhdudiyyəti olmayacaq

Slovakiyada futbol oyunları azarkeşlərin iştirakı ilə keçiriləcək.

"Report" Slovakiya Futbol İttifaqının rəsmi saytına istinadən xəbər verir ki, martın 14-dən ölkədə pandemiyaya qarşı bütün məhdudiyyətlər götürüləcək.

Qurum iki ildən sonra stadionların məhdudiyyətsiz fəaliyyətindən məmnunluğunu bildirib və buna baxmayaraq hər kəsi daha diqqətli olmağa səsləyib.

Qeyd edək ki, Azərbaycan millisi UEFA Millətlər Liqasında Slovakiya ilə ilk oyununu iyunun 10-da evdə, növbəti görüşü isə sentyabrın 22-də səfərdə keçirəcək.

Son xəbərlər

Orphus sistemi