Slovakiya – Azərbaycan matçının hakimləri açıqlandı

Slovakiya – Azərbaycan matçının hakimləri açıqlandı 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Slovakiyaya qarşı keçirəcəyi matçının təyinatları açıqlanıb.
Futbol
5 Oktyabr , 2020 12:10
Slovakiya – Azərbaycan matçının hakimləri açıqlandı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin səfərdə Slovakiyaya qarşı keçirəcəyi Avropa çempionatının seçmə oyununun təyinatları açıqlanıb. 

"Report"un məlumatına görə, qarşılaşma Norveçdən olan hakimlər briqadasına həvalə edilib. Əsas referi Kristofer Hagenesə Anders Olav Dale və İsak Elias Başevkin köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Rohit Saggi yerinə yetirəcək. 

Qeyd edək ki, oktyabrın 8-də Nitra stadionunda keçiriləcək Slovakiya – Azərbaycan matçı Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi