"Sivasspor"un baş məşqçisi "Qarabağ"la matçda azarkeşlərin olmasını istəyir

"Sivasspor"un baş məşqçisi "Qarabağ"la matçda azarkeşlərin olmasını istəyir "Kayserispor" matçı bizim üçün çox önəmlidir. Həmin görüşdən yaxşı nəticə ilə qayıtmaq istəyirik".
Futbol
14 Oktyabr , 2020 18:24
Sivassporun baş məşqçisi Qarabağla matçda azarkeşlərin olmasını istəyir
Rıza Çalımbay

"Kayserispor" matçı bizim üçün çox önəmlidir. Həmin görüşdən yaxşı nəticə ilə qayıtmaq istəyirik".

"Report" xəbər verir ki, bu fikirləri "Sivasspor" komandasının baş məşqçisi Rıza Çalımbay Türkiyə Super Liqasının V turunda səfərdə "Kayserispor"a qarşı keçirəcəkləri matçdan öncə klubun rəsmi saytına açıqlamasında deyib.

"Sivasspor" Avropa Liqasında "Qarabağ", İspaniya "Vilyarreal"ı və İsrail "Makkabi"si (Təl-Əviv) ilə birlikdə I qrupunda mübarizə aparacaq.

57 yaşlı mütəxəssis bildirib ki, avrokubok matçından əvvəl yaxşı nəticə komandanın əhvalını yüksəldəcək və onlara inam verəcək: "Bundan sonra bizim üçün çətin dönəm başlayır. Avropa Liqasının ilk oyununda "Vilyarreal"a qarşı yaxşı nəticə qazanmaq niyyətindəyik. Daha sonra ardıcıl iki matçı doğma meydanda keçirəcəyik. Bu qarşılaşmaları qiymətləndirsək, yaxşı məqama gələcəyik. Evdəki oyunlarda azarkeşlər olarsa, daha yaxşı olacaq".

Çalımbay Avropa Liqasının həm komanda, həm də ölkə üçün önəmli olduğunu sözlərinə əlavə edib.

Qeyd edək ki, "Qarabağ"ın "Sivaspor"la ilk oyununu noyabrın 5-də Türkiyədə, təkrar qarşılaşmasını isə noyabrın 26-da Bakıda keçirəcək.

Son xəbərlər

Orphus sistemi