Silvio Berluskoni İtaliyada yeni klub alıb

Silvio Berluskoni İtaliyada yeni klub alıb Bakı. 28 sentyabr. REPORT.AZ/ İtaliya təmsilçisi “Milan”ın sabiq prezidenti Silvio Berluskoni yeni klub alıb.
Futbol
28 Sentyabr , 2018 14:33
Silvio Berluskoni İtaliyada yeni klub alıb

Bakı. 28 sentyabr. REPORT.AZ/ İtaliya təmsilçisi “Milan”ın sabiq prezidenti Silvio Berluskoni yeni klub alıb.

"Report" "Football Italia"ya istinadən xəbər verir ki, o, İtaliyanın C seriyasında çıxış edən “Montsa” klubunun satın alınması ilə bağlı razılıq əldə edib.

"Milan"ın sabiq vitse-prezident Adriano Qalliani “Montsa”nın icraçı direktor vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Silvio Berluskoni 1986 - 2017-ci illərdə “Milan”ın sahibi olub. Klub onunla 8 dəfə İtaliya çempionuluğunu və 5 dəfə Çempionlar Liqasını qazanıb. O, klubu 2017-ci ildə 860 milyon dollara çinli iş adamı Li Yunxuna satıb.

Son xəbərlər

Orphus sistemi