Sezar Meza Kollinin cəzası bəlli oldu

Sezar Meza Kollinin cəzası bəlli oldu O, kobud oyuna görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 2 oyunluq cəza alıb
Futbol
24 May , 2021 13:30
Sezar Meza Kollinin cəzası bəlli oldu
Sezar Meza Kolli

AFFA İntizam Komitəsi "Sabah" klubunu 800 manat məbləğində cərimələyib.

"Report"un məlumatına görə, buna Masazır təmsilçisinin 4 futbolçusunun "Zirə"yə qarşı Azərbaycan Premyer Liqasının XXVIII tur oyununda sarı vərəqə görməsi səbəb olub.

"Keşlə" də "Qəbələ" ilə matçda baş verən analoji hadisəyə görə eyni məbləğdə cərimə olunub. Bundan başqa, görüşün 75-ci dəqiqəsində paytaxt təmsilçisinin paraqvaylı futbolçusu Sezar Meza Kolli kobud oyuna görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 2 oyunluq cəza alıb, klub isə 1600 manat cərimə ödəyəcək.

“Səbail”in müdafiəçisi Adil Nağıyev isə “Sumqayıt”a qarşı matçda ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalandırılıb, klubunu isə 200 manat xərcə salıb.

Son xəbərlər

Orphus sistemi