Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin çıxış etdiyi Moskva "Dinamo"su Rusiya Premyer Liqasının 3-cü tur matçında Yekaterinburq "Ural"ını 2:0 hesabı ilə məğlub edib.
“Report” xəbər verir ki, görüş Moskvada Lev Yaşin adına Mərkəzi "Dinamo" stadionunda baş tutub.
Oyunda hesabı 16-cı dəqiqədə Artur Yusupov açıb. İkinci qol 31-ci dəqiqədə Kirill Pançenkonun ayağına yazılıb. Qol ötürməsini Ramil Şeydayev verib. Bu, "Dinamo" üçün cari mövsümdə ilk qələbə olub.
Qalibiyyət sayəsində "Dinamo" xallarının sayını 4-ə çatdırıb və turnir cədvəlində 7-ci pilləyə yüksəlib. "Ural" 6 xal ilə ikinci yerə düşüb.
Şeydayevin komandası 4-cü turda səfərdə "Spartak"la qarşılaşacaq. Matç avqustun 3-də keçiriləcək.
Rusiya Premyer Liqası. 3-cü tur
"Dinamo M" - "Ural" - 2:0
Qollar: 1:0 – Yusupov – 16, 2:0 – Pançenko – 31