Şəxsi məşqçisi Nəriman Abbasov üçün avtomobil istəyir

Şəxsi məşqçisi Nəriman Abbasov üçün avtomobil istəyir "Nəriman Abbasov qalib gəldi. İndi xalq igidinə sahib çıxsın. Yeni idman nazirimiz də gəlib. Bu gözəl oğlanı nəzərə alsınlar"
Futbol
2347
21 Sentyabr , 2021 11:59
Şəxsi məşqçisi Nəriman Abbasov üçün avtomobil istəyir
Nəriman Abbasov

"Nəriman Abbasov qalib gəldi. İndi xalq igidinə sahib çıxsın. Yeni idman nazirimiz də gəlib. Bu gözəl oğlanı nəzərə alsınlar".

"Report"un məlumatına görə, bu fikirləri MMA döyüşçüsü Nəriman Abbasovun şəxsi məşqçisi Şəhriyar Abbasov jurnalistlərə açıqlamasında deyib.

Mütəxəssis azərbaycanlı iş adamlarına da müraciət edib: "Çıxsınlar, bizim qonşu ölkələr kimi, bu gözəl oğlana bir avtomobil hədiyyə etsinlər. O, buna layiqdir".

Qeyd edək ki, Nəriman Abbasov rusiyalı keçmiş UFC çempionu Həbib Nurməhəmmədovun mərhum atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr olunmuş turnirdə Şamil Zavurovu məğlub edib.

Son xəbərlər

Orphus sistemi