"Sevilya" - "Qarabağ" matçının hakimləri açıqlanıb

"Sevilya" - "Qarabağ" matçının hakimləri açıqlanıb Qarabağın İspaniyada Sevilya ilə keçirəcəyi UEFA Avropa Liqasının V tur matçının hakimləri açıqlanıb.
Futbol
25 Noyabr , 2019 14:12
Sevilya - Qarabağ matçının hakimləri açıqlanıb

"Qarabağ"ın İspaniyada "Sevilya" ilə keçirəcəyi UEFA Avropa Liqasının V tur matçının hakimləri açıqlanıb. 

"Report"un məlumatına görə, qarşılaşma İsveçdən olan baş hakim Məhəmməd Əl-Hakimə tapşırılıb. 34 yaşlı referiyə həmyerliləri Fredrik Kliver və  Mahbod Beigi yan xətt, Martin Strömberqsson dördüncü hakim qismində yardımçı olacaq. 

2015-ci ildən beynəlxalq oyunlara təyinat alan Əl-Hakim "Qarabağ" və "Sevilya" komandalarının oyununa ilk dəfə təyinat alır. İsveçli referi yalnız iki dəfə İspaniyanın U-17 millisinin matçını idarə edib. O, Azərbaycan millisi və klublarının görüşlərində iş başında olmayıb. 

Qeyd edək ki, noyabrın 28-də "Xuan Sançes Pisxuan" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 24:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi