"Sevilya"nın baş məşqçisi: "Qarabağ"da güclü futbolçular var"

"Sevilya"nın baş məşqçisi: "Qarabağ"da güclü futbolçular var" Bundan öncə Azərbaycana gələn İspaniya klubları haqqında məlumatlıyam. Qarabağda güclü futbolçular var. Bu da rəqiblərin qələbə qazanmasını çətinləşdirir. Həmin vaxt digər klubların da işləri çətinə düşmüşdü.
Futbol
18 Sentyabr , 2019 18:35
Sevilyanın baş məşqçisi:  Qarabağda güclü futbolçular var

"Bundan öncə Azərbaycana gələn İspaniya klubları haqqında məlumatlıyam. "Qarabağ"da güclü futbolçular var. Bu da rəqiblərin qələbə qazanmasını çətinləşdirir. Həmin vaxt digər klubların da işləri çətinə düşmüşdü".

"Report" xəbər verir ki, bu fikirləri "Sevilya"nın baş məşqçisi Xulen Lopetegi "Qarabağ"la qarşılaşacaqları Avropa Liqasının qrup mərhələsinin I tur matçından öncə mətbuat konfransında deyib.

53 yaşlı mütəxəssis bütün çətinliklərə baxmayaraq, qələbə qazanmağa çalışacaqlarını bildirib.

İspaniyalı məşqçi La Liqanın növbəti turunda "Real Madrid"lə qarşılaşacaqlarını, ancaq heyətdə ciddi dəyişiklik etməyəcəklərini sözlərinə əlavə edib: "Bizim üçün, sadəcə, bir oyun var, o da "Qarabağ". Sabah Avropa Liqasında ilk matçımızı keçirəcəyik. Bütün gözləntilərin qarşılığını verəcəyik. Sabah meydana ən yaxşı heyəti çıxaracağıq. Bütün oyunçularımız hazır vəziyyətdədir. Təbii ki, heyətdə bəzi dəyişikliklər ola bilər. Biz hələ ki yalnız bu oyunu fikirləşirik".

Qeyd edək ki, sentyabrın 19-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 20:55-də başlayacaq.

Son xəbərlər

Orphus sistemi