"Sevilya" 36 yaşlı kapitanı ilə 3 illik müqavilə imzalayır

"Sevilya" 36 yaşlı kapitanı ilə 3 illik müqavilə imzalayır İspaniya "Sevilya"sı kapitanı Xesus Navasla müqavilənin müddətini uzadacaq.
Futbol
23 İyun , 2021 18:14
Sevilya 36 yaşlı kapitanı ilə 3 illik müqavilə imzalayır
Xesus Navas

İspaniya "Sevilya"sı kapitanı Xesus Navasla müqavilənin müddətini uzadacaq.

"Report"un məlumatına görə, bu barədə Əndəlusiya təmsilçisinin prezidenti Xose Kastro klubun rəsmi saytına açıqlamasında deyib.

Funksioner 36 yaşlı yarımmüdafiəçi ilə razılıq əldə olunduğunu və yaxın günlərdə 3 illik yeni sözləşmə imzalanacağını bildirib.

Qeyd edək ki, Xesus Navas "Sevilya"nın yetirməsidir. 2004 - 2013-cü illərdə bu komandanın şərəfini qoruyan futbolçu daha sonra İngiltərənin "Mançester Yunayted" klubuna keçib. O, 2017-ci ildə La Liqa təmsilçisinə qayıdıb.

Son xəbərlər

Orphus sistemi