Serxio Aqueronun "Barselona"dakı maaşı bəlli oldu

Serxio Aqueronun "Barselona"dakı maaşı bəlli oldu O, İngiltərənin "Mançester Siti" klubunda vergilər çıxılmadan illik 23 milyon avro maaş alıb
Futbol
2 İyun , 2021 16:10
Serxio Aqueronun Barselonadakı maaşı bəlli oldu
Serxio Aquero

İspaniyanın "Barselona" klubunun yeni transferi Serxio Aqueronun maaşı açıqlanıb.

"Report" "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, 33 yaşlı hücumçu Kataloniya təmsilçisində bir mövsüm ərzində 6 milyon avro qazanacaq.

O, İngiltərənin "Mançester Siti" klubunda vergilər çıxılmadan illik 23 milyon avro məvacib alıb.

Qeyd edək ki, Serxio Aquero 2011-ci ildən "Mançester Siti"nin formasını geyinib. "Barselona" onunla iki illik müqavilə imzalayıb.

Son xəbərlər

Orphus sistemi