AFFA-nın icraçı vitse-prezidenti: "Azərbaycan millisindən əzmkar oyun və yaxşı nəticələr gözləyirik"

Futbol
  • 19 may, 2025
  • 21:34
AFFA-nın icraçı vitse-prezidenti: Azərbaycan millisindən əzmkar oyun və yaxşı nəticələr gözləyirik

Azərbaycan millisindən əzmkar oyun və yaxşı nəticələr gözləyirik.

Bunu "Report"a açıqlamasında AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev deyib.

Qurum rəsmisi Azərbaycan millisinin Latviya və Macarıstan yığmalarına qarşı keçirəcəyi yoldaşlıq oyunlarını dəyərləndirib:

"Bildiyiniz kimi, hər iki qarşılaşma yoxlama xarakteri daşıyır. Milli 2026-cı il dünya çempionatının seçmə mərhələsinin oyunlarına hazırlaşır. Təbii ki, yoxlama görüşləri də olsa, komandamızdan əzmkar oyun və qələbə gözləyirik. Heyətlə bağlı suallar adətən baş məşqçiyə verilir. Lakin heyətlər açıqlananda yəqin ki, müəyyən dəyişikliklər olacaq".

O, mayın 21-də Bakıda start götürəcək minifutbol üzrə dünya çempionatı barəsində də danışıb:

"Minifutbol artıq Azərbaycanda populyarlıq qazanıb. Mundialın start götürməsinə çox az vaxt qalıb. Əminəm ki, yarış ölkəmizdə yüksək səviyyədə təşkil olunacaq. Azərbaycan yığmasının turnirdə maksimum nəticə göstərcəyinə ümidvarıq. Minifutbolun inkişaf yoluna baxanda görürük ki, yığma çempionluğa layiqdir".

Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv iyunun 7-də Riqadakı “Skonto” stadionunda Latviya ilə üz-üzə gələcək. Komanda 3 gün sonra “Liv Bona Dea Arena”da Macarıstanla qarşılaşacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti