"Şerif"in "Qarabağ"la oyun üçün iştirak ərizəsi bəlli oldu

"Şerif"in "Qarabağ"la oyun üçün iştirak ərizəsi bəlli oldu Moldovanın "Şerif" klubuÇempionlar Liqasının I təsnifat mərhələsində qarşılaşacağı "Qarabağ"la oyunüçüniştirak ərizəsini UEFA-ya göndərib.
Futbol
20 Avqust , 2020 13:50
Şerifin Qarabağla oyun üçün iştirak ərizəsi bəlli oldu

Moldovanın "Şerif" klubu Çempionlar Liqasının I təsnifat mərhələsində qarşılaşacağı "Qarabağ"la oyun üçün iştirak ərizəsini UEFA-ya göndərib.

"Report"un qurumun rəsmi saytına istinadən məlumatına görə, siyahıda 24 futbolçunun adı yer alıb.

Bunlardan 3-ü qapıçı, 10-u müdafiəçi, 7-si yarımmüdafiəçi, 4-ü isə hücumçudur.

Qapıçılar: 1. Dmitri Çelyadnik, 12. Mixail Tsoban, 33. Sergey Peşenko

Müdafiəçilər: 3. Şarl Petro, 6. Alek Mudimu, 11. Andrey Peteleu, 15. Kristiano, 25. İvan Danilov, 32. Valeri Qayu, 35. Yevgeni Pleşko, 44. Andrey Lukiç, 70. Feyt Obilor, 91. Usman NDiae

Yarımmüdafiəçilər: 7. Andrey Blizniçenko, 8. Maks Velozu, 10. Frank Kastanyeda, 14. Sebastyan Dalström, 18. Uilyam Parra, 55. Benedik Miots, 70. Qabriel Boban

Hücumçular: 9. Peter Uilson, 24. Yevgeni Qliqa, 43. Riçard Qadze, 77. Anatol Abanq

Xatırladaq ki, avqustun 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Şerif" matçı saat 20:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi