"Şerif"in futbolçusu: "Qarabağ"a hörmət edirik, amma rəqibdən qorxmuruq"

"Şerif"in futbolçusu: "Qarabağ"a hörmət edirik, amma rəqibdən qorxmuruq" "Fola Eş"lə oyunda çoxlu qol imkanlarımız olsa da, yüz faizlik epizodları dəyərləndirə bilmədik. Bu, gələcəkdə üzərində işləməli olduğumuz əsas çatışmazlıqdır".
Futbol
561
25 Avqust , 2020 20:15
Şerifin futbolçusu: Qarabağa hörmət edirik, amma rəqibdən qorxmuruq

"Fola Eş"lə oyunda çoxlu qol imkanlarımız olsa da, yüz faizlik epizodları dəyərləndirə bilmədik. Bu, gələcəkdə üzərində işləməli olduğumuz əsas çatışmazlıqdır".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində sabah qarşılaşacağı Moldova "Şerif"inin futbolçusu Andrey Lukiç klubun rəsmi saytına açıqlamasında ələ düşən qol fürsətlərini boşa vermələri barədə danışarkən deyib.

Xorvatiyalı hücumçu bildirib ki, Ağdam təmsilçisi ilə matçda bu amil nəzərə alınmalıdır: "Qarabağ" yaxşı komandadır. Onlara hörmət edirik, amma heç kimdən qorxmuruq. Bakıya oyunumuzdan zövq almaq və növbəti mərhələyə adlamaq üçün gəlmişik. Öz keyfiyyətimizə, komanda ruhuna və qələbəyə inanırıq".

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Şerif" matçı saat 20:00-da start götürəcək.

Son xəbərlər

Orphus sistemi