"Şerif" Bakıdakı matçda yubiley qolunu vurdu

"Şerif" Bakıdakı matçda yubiley qolunu vurdu Moldovanın "Şerif" klubu UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"a uduzduğu matçda yubiley qolunu vurub.
Futbol
380
27 Avqust , 2020 09:59
Şerif Bakıdakı matçda yubiley qolunu vurdu

Moldovanın "Şerif" klubu UEFA Çempionlar Liqasının (ÇL) II təsnifat mərhələsində "Qarabağ"a uduzduğu matçda yubiley gerçəkləşdirib. 

"Report" yerli mətbuata istinadən xəbər verir ki, Tiraspol təmsilçisi Bakıdakı görüşdə avrokuboklarda 100-cü qoluna imza atıb. Frank Kastanyedonun 78-ci dəqiqədə vurduğu top komandanın tarixinə düşüb. 

Qeyd edək ki, "Qarabağ" "Şerif"i 2:1 hesabı ilə məğlub edərək ÇL-də III təsnifat mərhələsinə yüksəlib. 

Orphus sistemi