Sergey Rebrov Macarıstan klubuna baş məşqçi təyin olunub

Sergey Rebrov Macarıstan klubuna baş məşqçi təyin olunub Bakı. 22 avqust. REPORT.AZ/ Ukraynanın Dinamo (Kiyev) komandasının sabiq futbolçusu və baş məşqçisi Sergey Rebrov Macarıstan Ferentsvaroşunun sükanı arxasına keçib.
Futbol
22 Avqust , 2018 14:16
Sergey Rebrov Macarıstan klubuna baş məşqçi təyin olunub

Bakı. 22 avqust. REPORT.AZ/ Ukraynanın "Dinamo" (Kiyev) komandasının sabiq futbolçusu və baş məşqçisi Sergey Rebrov Macarıstan "Ferentsvaroş"unun sükanı arxasına keçib.

"Report"un Budapeşt təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 44 yaşlı mütəxəssis Tomas Dollu əvəzləyib. Rebrova "Dinamo"da da onunla birgə çalışmış ispaniyalı Alberto Bosx kömək edəcək.

Rebrov futbolçu karyerasını 2009-cu ildə başa vurub. O, 2014 - 2017-ci illərdə "Dinamo"da, daha sonra bir ilədək Səudiyyə Ərəbistanının "Əl-Əhli" komandasında baş məşqçi kimi çalışıb.

Qeyd edək ki, 5 turdan sonra "Ferentsvaroş" 13 xalla turnir cədvəlinə başçılıq edir. 

Son xəbərlər

Orphus sistemi