Serbiyalı futbolçunun evi "Yuventus"la matç zamanı qarət olunub
Futbol
- 10 dekabr, 2019
- 14:11
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İtaliyanın "Latsio" klubunun futbolçusu Sergey Milinkoviç-Saviçin evi A Seriyasının XV turunda "Yuventus"la matç zamanı qarət olunub.
"Report" "Sky Sports Italia"ya istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi dostları ilə birlikdə qələbəni qeyd etdikdən sonra evə qayıdıb və mənzilinin qarət olunduğunu görüb.
Oğrular serbiyalı oyunçunun 5 saatını və 100 min avro məbləğində pulunu götürüblər.
Qeyd edək ki, "Latsio" "Yuventus"u 3:1 hesabı ilə məğlub edib. Milinkoviç-Saviç 2015-ci ildə Belçika "Genk"indən Roma klubuna keçib. Yarımmüdafiəçi cari mövsümdə 19 görüşdə meydanda olub və 4 qol vurub.
Son xəbərlər
10:40
Azərbaycanda içki idxalına çəkilən xərclər 13 %-dən çox artıb
Biznes
10:34
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb
Hadisə
10:25
Şahdağ və Kəlbəcərin yüksək dağlıq ərazilərinə qar yağıb - Faktiki hava
Ekologiya
10:21
Azərbaycan neftinin qiyməti 127 dollara yaxınlaşıb
Energetika
10:16
Azərbaycan şəkər ixracından qazancını 2,5 dəfəyə yaxın artırıb
Biznes
10:08
Azərbaycan Basketbol Liqası: IV turun daha bir oyunu bu gün keçiriləcək
Komanda
10:07
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
Xarici siyasət
10:06
DYP sürücüləri nasaz avtomobillərlə yola çıxmamağa çağırıb
Daxili siyasət
10:04
Azərbaycan XİN Zambiyanı Milli Günü münasibətilə təbrik edib
Xarici siyasət