"Sent-Etyen"in futbolçusu: "Qəbələ"ni zəif komanda kimi qəbul etmirik"

"Sent-Etyen"in futbolçusu: "Qəbələ"ni zəif komanda kimi qəbul etmirik" "Qrupda gələcək taleyimiz baxımından da vacib matçdır"
Futbol
2 Noyabr , 2016 20:32
Sent-Etyenin futbolçusu: Qəbələni zəif komanda kimi qəbul etmirik

Bakı. 2 noyabr. REPORT.AZ/ "Əlbəttə, önəmlu oyundur. Qrupda gələcək taleyimiz baxımından da vacib matçdır". 

"Report"un məlumatına görə, bu fikirləri Fransanın "Sent-Etyen" klununun yarımmüdafiəçisi Jordan Varetut Avropa Liqasında "Qəbələ" ilə matçdan öncə keçirilən mətbuat konfransında bildirib. 

Onun sözlərinə görə, sabahkı oyun asan olmayacaq: "Bütün futbolçular matça hazırdırlar. Çalışacağıq ki, qarşılaşmanı mükəmməl keçirək. Fikrimcə, qrupda zəif yoxdur. Matça ciddi hazırlaşmışıq. "Qəbələ"ni zəif komanda kimi qəbul etmirik. Oyuna ciddi yanaşırıq".

Maraqlıdır ki, Varetut nədəsnə qrupda 5 yox, 3 xal qazandıqlarını söyləyib: "Qələbə qazanmağa çalışacağıq. Bundan sonra 2 matçımız qalıb. Xal ehtiyatımızı artırmağa çalışacağıq. Beş ay yaşıl meydandan kənarda qalmışam. Əlbəttə, bunun təsiri olub. Futbolçularımız tam gücüylə oyunda iştirak edəcəklər. Fikrimiz qələbə qazanmaqdır".

Futbolçu qalib gəlmək üçün hər bir oyunda olduğu kimi, əsas məqsədin qol vurmaq olduğunu deyib: "Hücumçularımız buna hazırdırlar. Tam gücləri ilə iştirak edəcəklər. Bildiyimə görə, Fransada meydana çıxmayan "Qəbələ"nin 2 futbolçusunun sabah oynayacaqlarını bilirik. Əlbəttə, bunu düşünmüşdük. Öz oyun üslubumuza sadiq qalacağıq və matçı mükəmməl keçirəcəyik".

Son xəbərlər

Orphus sistemi