Sənan Qurbanov: "Futbolçularım qələbə üçün tələsirdilər"

Sənan Qurbanov: "Futbolçularım qələbə üçün tələsirdilər" Bakı. 27 oktyabr. REPORT.AZ/ “Oyuna ciddi hazırlaşmışdıq. Üzərimizdə gərginlik var idi. Qələbə qazanmaq üçün alışıb yanırıq. İstək daha çox idi. Çalışacağıq qarşıdakı oyunlarda bir az rahat oynayaq. İlk hissədə qapımız qarşısında təhlükəli epizodlar oldu. Səhvlərimizin üzərində işləyəcəyik. Əvəzləmədən sonra ikinci hissədə daha yaxşı oynadıq. Uduza da, qalib gələ də bilərdik”.
Futbol
27 Oktyabr , 2018 22:12
Sənan Qurbanov: Futbolçularım qələbə üçün tələsirdilər
Sənan Qurbanov

Bakı. 27 oktyabr. REPORT.AZ/ “Oyuna ciddi hazırlaşmışdıq. Üzərimizdə gərginlik var idi. Qələbə qazanmaq üçün alışıb yanırıq. İstək daha çox idi. Çalışacağıq qarşıdakı oyunlarda bir az rahat oynayaq. İlk hissədə qapımız qarşısında təhlükəli epizodlar oldu. Səhvlərimizin üzərində işləyəcəyik. Əvəzləmədən sonra ikinci hissədə daha yaxşı oynadıq. Uduza da, qalib gələ də bilərdik”.

"Report"un məlumatına görə, bunu “Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov səfərdə "Sumqayıt"la heç-heçə etdikləri Topaz Premyer Liqasının IX tur matçından sonra mətbuat konfransında deyib.

O bildirib ki, bu nəticə ötən tur “Neftçi”yə 3:1 hesabı ilə qalib gəldikləri oyundan sonrakı rahatlıqla bağlı deyil:

"Deməzdim ki, boşluq var idi. Əksinə, futbolçularım qələbə üçün tələsirdilər. Bu da gərginlik yaradır".

Qurbanov son dəqiqələrdə baş vermiş qalmaqala da münasibət bildirib:

"Qırmızı vərəqə epizoduna baxmaq lazımdır ki, orada qərar doğru idi, ya yox. Müdafiədəki boşluqlar bizi narahat edir. Həm Rasim Ramaldanov, həm də Bəhlul Mustafazadə inandığımız futbolçulardır. Onlar da səhv edə bilər. Çalışacağıq ki, bu problemləri aradan qaldıraq".

Qeyd edək ki, “Sumqayıt” “Dalğa Arena”da “Qəbələ”ni qəbul edib. Qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

Son xəbərlər

Orphus sistemi