"Səbail" "Sivasspor"la heç-heçə edib

Futbol
  • 19 iyul, 2023
  • 16:57
Səbail Sivassporla heç-heçə edib

Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışında olan "Səbail" klubu ikinci yoxlama oyununu keçirib.

"Report" xəbər verir ki, Şahin Diniyevin baş məşqçi olduğu komanda Superliqa təmsilçisi "Sivasspor"la üz-üzə gəlib.

Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.

Qeyd edək ki, "Səbail" daha əvvəl “Ərzurumspor”a 4:3 hesabı ilə qalib gəlib.