"Səbail" daha bir futbolçusu ilə müqaviləni uzadıb - YENİLƏNİB

Futbol
  • 13 may, 2019
  • 14:28
Səbail daha bir futbolçusu ilə müqaviləni uzadıb - YENİLƏNİB

"Səbail" klubu daha bir futbolçusu ilə müqavilənin müddətini uzadıb.

"Report" klubun Mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi hücumçusu Ağabala Ramazanovla yeni sözləşmə imzalayıb.

26 yaşlı oyunçu daha iki il "Səbail"in formasını geyinəcək.


*** 18:21

"Səbail" klubu ukraynalı qapıçısı Aleksandr Rıbka ilə müqavilənin müddətini uzadıb. 

"Report" xəbər verir ki, yeni sözləşməyə əsasən, 32 yaşlı təcrübəli qolkiper daha iki il paytaxt təmsilçisinin şərəfini qoruyacaq. 

Qeyd edək ki, Aleksandr Rıbka "Səbail"ə bu ilin əvvəlində keçib. Komanda daha öncə Rahid Əmirquliyevlə də müqaviləni uzadıb.