"Səbail" klubu qış təlim-məşq toplanışını Türkiyədə keçirəcək

"Səbail" klubu qış təlim-məşq toplanışını Türkiyədə keçirəcək Koomandanın hazırlığı iki hissədən ibarət olacaq
Futbol
30 Dekabr , 2016 16:17
Səbail klubu qış təlim-məşq toplanışını Türkiyədə keçirəcək

Bakı. 30 dekabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan I Divizionunda çıxış edən "Səbail" klubunun qış hazırlıq planı müəyyənləşib. Klubun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, komanda iki hissədən ibarət hazırlıq keçəcək.

Toplanışın ilk hissəsini yanvarın 5-dən "Bayıl Arena"da keçirəcək komanda yanvarın 14-də Türkiyənin Antalya bölgəsinə yollanacaq.

Burada iki həftəlik toplanış keçəcək "Səbail"in Antalyadakı sınaqçı rəqiblərinin adı hələlik müəyyənləşməyib. Komanda Belek qəsəbəsində qalacaq.

Son xəbərlər

Orphus sistemi