"Səbail" klubu hücumçusu ilə vidalaşdı

"Səbail" klubu hücumçusu ilə vidalaşdı "Səbail" futbolçusu Amil Yunanovla yollarını ayırıb.
Futbol
14 İyun , 2021 14:18
Səbail klubu hücumçusu ilə vidalaşdı
Amil Yunanov

"Səbail" futbolçusu Amil Yunanovla yollarını ayırıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı hücumçu ilə başa çatan müqavilənin yenilənməməsinə qərar verilib.

Yunanov "Report"a açıqlamasında şərtlərdə razılığa gələ bilmədiklərini söyləyib. O, hazırda bir neçə variantı nəzərdən keçirdiyini və özü ilə maraqlananlar sırasında Türkiyənin aşağı liqa təmsilçilərinin də olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, təcrübəli forvard ötən ilin sentyabrında Bayıl təmsilçisinə keçmişdi.

Son xəbərlər

Orphus sistemi