"Səbail"in qələbəsiz oyunlar seriyası 8-ə çatıb

"Səbail"in qələbəsiz oyunlar seriyası 8-ə çatıb Futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun daha bir oyunu keçirilib.
Futbol
23 Noyabr , 2019 17:20
Səbailin qələbəsiz oyunlar seriyası 8-ə çatıb

Futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, günün yeganə matçında "Səbail" "Sabah"ı qəbul edib.

"ASCO Arena"da keçirilən qarşılaşma "Sabah"ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. 76-cı dəqiqədə qonaqların futbolçusu Məqsəd İsayev avtoqol müəllifi olub.

İkinci hissənin sonlarında oyuna girən Ulise Diallo 88 və 90-cı dəqiqələrdə fəqlənməklə komandasını önə keçirib. 90+6-cı dəqiqədə isə Hendrik Ekşteyn matçda son nöqtəni qoyub.

Bu nəticədən sonra 13-cu xalını qazanan "Sabah" beşinci pilləyə yüksəlib. "Səbail" isə 11 xalla 6-7-ci yerləri bölüşdürür.

Aftandil Hacıyevin rəhbərlik etdiyi komandanın qələbəsiz oyunlar seriyası 8-ə çatıb.

Qeyd edək ki, turun ilk oyununda "Qarabağ" səfərdə "Sumqayıt"a 1:2 hesabı ilə uduzub. XII tura sabah keçiriləcək "Neftçi" - "Qəbələ" və "Zirə" - "Keşlə" matçları ilə yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi