"Səbail"in futbolçusu Fransa və İslandiya ilə oyunlara dəvət edilib

"Səbail"in futbolçusu Fransa və İslandiya ilə oyunlara dəvət edilib Moldova millisinin yeni baş məşqçisi Engin Fırat Fransa və İslandiya yığmaları ilə AVRO-2020-nin seçmə oyunlarına çağırılan legionerlərin siyahısını açıqlayıb.
Futbol
4 Noyabr , 2019 09:35
Səbailin futbolçusu Fransa və İslandiya ilə oyunlara dəvət edilib

Moldova millisinin yeni baş məşqçisi Engin Fırat Fransa və İslandiya yığmaları ilə AVRO-2020-nin seçmə oyunlarına çağırılan legionerlərin siyahısını açıqlayıb.

"Report"un məlumatına görə, türkiyəli mütəxəssis Azərbaycan Premyer Liqasından yalnız "Səbail"in yarımmüdafiəçisi Yevgeni Koçuka dəvət göndərib. Əvəzində "Keşlə"nin qapıçısı Stanislav Namaşko yenə kənarda qalıb. Namaşko sonuncu dəfə iyunun 8-də Albaniya və iyunun 11-də Andorra ilə keçirilmiş matçlara çağırılıb. Lakin o, həmin qarşılaşmalarda ehtiyatda saxlanılıb.

Qeyd edək ki, Moldova Fransa ilə noyabrın 14-də səfərdə, İslandiya ilə iyunun 17-də evdə üz-üzə gələcək. Yevgeni Koçukun komandası 8 oyundan 3 xalla H qrupunda sonuncu pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi