"Səbail"in baş məşqçisi: “Standart vəziyyətdən fərqləndik”

"Səbail"in baş məşqçisi: “Standart vəziyyətdən fərqləndik” Oyunun çətin keçəcəyini bilirdik. Qışdan sonra məğlub olmayan iki komandadan birinə qarşı oynadıq. Yaxşı çıxış etdik. Əvəzetmədən meydana daxil olan futbolçular ümumi plandan qopmadılar. Hücumda çoxalmağın çətin olacağını anlayırdıq. Son dəqiqədə xarakter göstərdik.
Futbol
1 Mart , 2020 19:20
Səbailin baş məşqçisi: “Standart vəziyyətdən fərqləndik”

"Oyunun çətin keçəcəyini bilirdik. Qışdan sonra məğlub olmayan iki komandadan birinə qarşı oynadıq. Yaxşı çıxış etdik. Əvəzetmədən meydana daxil olan futbolçular ümumi plandan qopmadılar. Hücumda çoxalmağın çətin olacağını anlayırdıq. Son dəqiqədə xarakter göstərdik.

Hər bir xal bizim üçün önəmlidir. Futbolçuları göstərdikləri xarakterə və qələbəyə görə təbrik edirəm. Rəqibə də uğurlar arzulayıram".

"Report" xəbər verir ki, bu fikirləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Premyer Liqanın XIX turunda "Neftçi" ilə 1:1 hesablı heç-heçə etdikləri matçdan sonra mətbuat konfransında deyib.

39 yaşlı mütəxəssis buraxdıqları qoldan sonra tələsdiklərini əlavə edib: "Qoldan sonra aktivliyi artırdıq. Standart vəziyyətdən fərqləndik. Sevinirik ki, qolu da Rauf Əliyev vurdu. Bu onun özünə inamını artıracaq.

Maykl Essyenin ayağında ağrı oldu, ona görə əvəzləndi. Sabah müayinədən sonra hər şey bəlli olacaq".

Son xəbərlər

Orphus sistemi