"Səbail"in baş məşqçisi: "Bu, cari mövsümdə ən bərbad oyunumuz idi"

"Səbail"in baş məşqçisi: "Bu, cari mövsümdə ən bərbad oyunumuz idi" "Neftçi"yə məğlubiyyət bizim üçün dərs oldu"
Futbol
15 Oktyabr , 2017 21:56
Səbailin baş məşqçisi: Bu, cari mövsümdə ən bərbad oyunumuz idi

Bakı. 15 oktyabr. REPORT.AZ/ "Belə məğlubiyyətdən sonra danışmaq çətindir. Hesab daha böyük ola bilərdi. Bu, cari mövsümdə ən bərbad oyunumuz idi. Rəqib qələbəyə layiq idi".

"Report"un məlumatına görə, bunu "Səbail"in baş məşqçisi Samir Əliyev evdə "Neftçi"yə 0:4 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının VIII tur matçından sonra deyib.

Gənc mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:

Düşünmürsünüz ki, erkən qol buraxmağınız məğlubiyyətdə həlledici oldu?

- Hər şey ola bilərdi. Bəlli idi ki, "Neftçi” ilk dövrədəki məğlubiyyətin əvəzini çıxmaq istəyirdi. Onların oyunçularının ustalıq səviyyəsi daha yüksəkdir. Bundan da məharətlə istifadə etdilər.

"Səbail” bundan öncə iddialı komandalarla başabaş mübarizə aparmışdı. Bu gün nə çatmadı?

- "Neftçi” bu gün çox sürətli oyun sərgilədi. Çox yüksək tempdə oynayırdılar. Hazırda mənim üçün danışmaq çətindir. Oyunun təkrarına baxıb, analiz etdikdən sonra tam qərar verəcəyəm. Səhvlərimizə baxacağıq. Bu məğlubiyyət bizim üçün dərs oldu.

Sizi bəxtsiz məşqçi saymaq olar? "Neftçi”də klubun qalmaqallı dövründə çalışmışdınız. Burada isə yeni komanda qurulub...

- Bəxtsiz demək olmaz. Hələ məşqçiliyə yeni başlamışam. Bu heyəti mən qurmuşam. 6-7 futbolçunu komandadan göndərməyi planlaşdırırıq. Qışda onları daha yüksək səviyyəli oyunçularla əvəzləməyi planlaşdırırıq.

Ruslan Əmircanov bu gün stadionda idi. Onu yaxın zamanlarda "Səbail”də görə biləcəyik?

- Hələ ki, belə bir şey yoxdur. Buna ehtiyac görmürük. Ruslan təcrübəli oyunçudur. Yoxlama oyunlarında da çıxış edib. Ancaq onunla bağlı qərarı da qışda verəcəyik.

Son xəbərlər

Orphus sistemi