Bakı. 19 yanvar. REPORT.AZ/ Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan “Səbail” klubu bu gün ikinci yoxlama oyununa çıxıb.
"Report"un məlumatına görə, Aftandil Hacıyevin baş məşqçi olduğu kollektiv İsveçrə “Sürix”i ilə qarşılaşıb.
“Miracle Resort” İdman Kompleksinin stadionunda təşkil olunmuş oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Hesabı 37-ci dəqiqədə Ağabala Ramazanov açsa da, 79-cu dəqiqədə Marko Şönbaxler bərabərlik qolunu vurub. Bununla da "Səbail" qələbə hesabını qoruya bilməyib.
Yoxlama oyunu
19 yanvar
17:00. "Səbail" - "Sürix" (İsveçrə) 1:1
Qollar: Ağabala Ramazanov, 37 - Marko Şönbaxler, 79
“Miracle Resort” İdman Kompleksinin stadionu
Qeyd edək ki, “Səbail” ilk yoxlama oyununda Macarıstan “Aqvital”ını yenib - 3:2.