"Sampdoriya"nın daha bir futbolçusu koronavirusa yoluxdu
Futbol
- 25 mart, 2020
- 17:59
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İtaliyanın "Sampdoriya" klubunun futbolçusu Edqar Barretonun koronavirus testi müsbət nəticə verib.
"Report"un "Football Italia"ya istinadən məlumatına görə, 36 yaşlı paraqvaylı yarımmüdafiəçinin xəstəliyə həyat yoldaşı ilə birgə yoluxduğu müəyyənləşib. Hər iki şəxs dərhal karantinə alınıb.
Daha əvvəl komandanın digər oyunçusu Yakub Yankto klubda 15 nəfərin testinin müsbət nəticələndiyini açıqlayıb.
Qeyd edək ki, son məlumatlarda koronavirusun dünyada 435 006 nəfərdə təsdiqləndiyi bildirilir. Ölənlər 19 625, sağalanlar 111 822 nəfərdir. COVID-19-un əsas yayılma ocaqları Çin, İtaliya, ABŞ, İspaniya, Almaniya, İran və Fransadır.
Son xəbərlər
18:28
Azərbaycan Cibuti və Qvineya-Bisau ilə sosial müdafiə sahəsində əməkdaşlığı müzakirə edib
Sosial müdafiə
18:17
Elvin Quliyev: "Yığmada gənc oyunçulara şans vermək istəyirik ki, onlar inkişaf etsinlər"
Futbol
18:03
Video
"Expressbank" "Felis 2026"da 2 qızıl mükafat qazanıb
Maliyyə
17:58
Türkiyədə uçqun altında qalanlardan biri ölüb - Yenilənib
Region
17:57
Foto
"İçərişəhər" stansiyasında "Zəfər arzuları" sosial aksiya təşkil edilib
Daxili siyasət
17:45
Foto
Azərbaycanın futzal millisi DÇ-2028-in əsas mərhələsində növbəti matçını keçirib
Futbol
17:44
Foto
Gəncədə amputant futbolçular arasında yoldaşlıq oyunu keçirilib
Futbol
17:43
İşğal olunmuş rayonun sakini ilə evlənmiş kişilər də məcburi köçkün statusu və vəsiqəsi ala biləcəklər
Daxili siyasət
17:41
Foto
Fərid Qayıbov Aleksandr Çuprianla yanğın-xilasetmə idmanının inkişafına dair müzakirələr aparıb
Fərdi