Bakı. 3 mart. REPORT.AZ/ Topaz Premyer Liqasının 18-ci turunda evdə "Qarabağ"la 1:1 hesablı bərabər qalan "Sumqayıt" klubunun baş məşqçisi Samir Abasov oyundan sonra mətbuat konfransı keçirib.
"Report"un məlumatına görə, o, komandanın qələbə niyyəti haqqında danışıb.
"Oyundan əvvəl heç-heçə fikri yox idi. İnanın səmimiyyətimə. Fikrimiz əks-hücumlarla qələbə idi. Bu gün bir xal qazandıq, özü sə layiqli xal. Bəlkə qorxaq oyun sərgilədiyimizi düşünə bilərsiniz. Amma məşqlərdə hər xırda məqamadək tapşırıq vermişdik. Sonadək konsentrasiyanı saxladıq", - deyə baş məşqçi bildirib.