Samir Abasov: "O cür insanlara görə rahat danışa bilirik"

Samir Abasov: "O cür insanlara görə rahat danışa bilirik" "Referiyə bu gün hər şey keçərli idi"
Futbol
110
21 Yanvar , 2021 18:19
Samir Abasov: O cür insanlara görə rahat danışa bilirik
Samir Abasov

"Qışdan sonra oyunlarımız çətin keçəcək. Premyer Liqa səviyyəsində bir yoldaşlıq oyunu keçirdik. Yaxşı tərəfi odur ki, qələbə qazandıq. Sadəcə 3 xala sevinirik. Üzülməmişik, amma tam da istədiyimiz deyil".

"Report" xəbər verir ki, bu fikirləri "Neftçi"nin baş məşqçisi Samir Abasov Premyer Liqanın XIV turunda səfərdə "Səbail"ə 3:1 hesabı ilə qalib gəldikləri matçdan sonra mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis bildirib ki,oyun xoşuna gəlməyib: "Birinci hissəni bəyənmədim. Futbolçuların matça arxayın çıxmaları xoşuma gəlmədi. İlk yarıda rəqib daha yaxşı idi. Bəlkə də çempionatda oyunçularımız özlərini çempionluğa görə stressə salıblar. İkinci hissədə yaxşı çıxış etdik".

Abasovun sözlərinə görə, bu gün şəxsi keyfiyyətlər önə çıxıb: "Digər oyunçular da əziyyət çəkdi. Namiq Ələsgərov və Yusuf Lavalın yeri görsəndi. Bütün məşqlərdə Ələsgərov iştirak edirdi. Bəlkə də onun yoxluğu səbəbindən axsadıq".

Abasov Vətən müharibəsindən qayıdan baş hakim Kamal Umudlu haqqında danışmaq istəmədiyini söyləyib: "Referiyə bu gün hər şey keçərli idi. O cür insanlara görə indi burada rahat danışa bilirik. Futbolçulara dedim ki, özünüz oyununuza baxın və analiz edin. Stiven Monroz motivasiya baxımından ehtiyata salındı, onun problemi tam aradan qalxmayıb. Ömər Buludovu ona görə oyuna saldıq ki, sağ cinahda boşluqlar gördük".

Baş məşqçi deyib ki, istənilən taktikada qollar vuracaqlar: "Hücumçu axtarışındayıq, o da alınsa, rotasiya etmək üçün bizə xoş olacaq".

Son xəbərlər

Orphus sistemi