Samir Abasov: "Çempionlar Liqasındakı rəqiblərin adları bizi narahat etmir"

Samir Abasov: "Çempionlar Liqasındakı rəqiblərin adları bizi narahat etmir" "İnanıram ki, bundan da yaxşı oyun sərgiləyəcəyik"
Futbol
22 May , 2021 16:43
Samir Abasov: Çempionlar Liqasındakı rəqiblərin adları bizi narahat etmir
Samir Abasov

"Çempionlar Liqasının I təsnifat mərhələsindəki potensial rəqiblərimiz son illərin yaxşı komandalarıdır".

"Report"un məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov klubun rəsmi televizisiyasına açıqlamasında deyib.

43 yaşlı mütəxəssis Yunanıstanın "Olimpiakos" və Xorvatiyanın "Dinamo" (Zaqreb) klublarının son illərdə möhtəşəm çıxış etdiyini bildirib: "Bolqarıstanın "Lüdoqorest" və Serbiyanın "Srvena Zvezda" klublarını da qeyd etmək istəyirəm. Həqiqən bunlar başağrısı olacaq və möhtəşəm komandalardır".

Abasov istənilən rəqibə qarşı oynayacaqlarını sözlərinə əlavə edib: "İnanıram ki, bundan da yaxşı oyun sərgiləyəcəyik. İnamımız həddindən artıq çoxdur. Bəlkə də çempionluğa görə eyforiyadayıq. Amma Çempionlar Liqasına hazırlaşmaq üçün vaxtımız var. Siyahıdakı adlar bizi narahat etmir. İki oyun üçün əlimizdən gələn hər şeyi edəcəyik".

Son xəbərlər

Orphus sistemi