“Şamaxı”nın qış hazırlıq proqramı məlum olub

“Şamaxı”nın qış hazırlıq proqramı məlum olub “Şamaxı” klubunun qış hazırlıq proqramı məlum olub.
Futbol
1 Dekabr , 2022 14:10
“Şamaxı”nın qış hazırlıq proqramı məlum olub

“Şamaxı” klubunun qış hazırlıq proqramı məlum olub.

“Report”un məlumatına görə, Premyer Liqa təmsilçisi təlim-məşq toplanışına 2023-cü il yanvarın 3-də start verəcək.

Komanda hazırlığın ikinci mərhələsi üçün gələn ayın 8-də Antalyaya yollanacaq və “Kamilya Selin” hotelində məskunlaşacaq. Yanvarın 19-dək qonşu ölkədə qalacaq “Şamaxı” bu müddətdə 4 yoxlama oyunu keçirməyi planlaşdırır. İlk görüşün ayın 11-də Qazaxıstan yüksək liqa təmsilçisi “Kaysar”la keçirilməsi razılaşdırılıb.

Digər 3 matçın keçirilmə tarixi və rəqiblər hələ bəlli deyil.

Son xəbərlər

Orphus sistemi