"Şamaxı"nın baş məşqçisi: "Qarabağ”a qarşı oynamaq xüsusidir"

"Şamaxı"nın baş məşqçisi: "Qarabağ”a qarşı oynamaq xüsusidir" "Qarabağ”a qaşrı oynamaq xüsusidir. Çünki ölkəmizin ən yaxşı komandalarından biridir".
Futbol
31 Yanvar , 2023 18:16
Şamaxının baş məşqçisi: Qarabağ”a qarşı oynamaq xüsusidir

"Qarabağ”a qarşı oynamaq xüsusidir. Çünki ölkəmizin ən yaxşı komandalarından biridir".

"Report"un məlumatına görə, bunu "Şamaxı"nın baş məşqçisi Vüqar Əsgərli "Azersun Arena"da "Qarabağ"a 1:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XX tur oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis bildirib ki, rəqibin topla daha çox oynayacağı gözlənilən idi: "Ani diqqətsizlik qolla nəticələndi. Futbolçular əzmkarlıq göstərdilər. Gələcəyə ümidlə baxa bilərik. Çünki daha yaxşı oynamağımız mümkündür".

Baş məşqçi son dəqiqələrdə qol vurmağın sevindirici olduğunu söyləyib: "Deməli, “Qarabağ” kimi komandaya qarşı 90 dəqiqə mübarizə aparmaq gücümüz var. Oyunçulardan razı qaldıq. Fərdi saəhvlər oldu. Layiqli mübarizə apardıq".

O, cari mövsümdəki əsas məqsədlərini də açıqlayıb: "Bacardığımız qədər xallar toplayıb aşağıdakı rəqiblərdən uzaqlaşmaq istəyirik. Hələ neçənci olacağımızı deyə bilmərik. Hədəfimiz Premyer Liqanı tərk etməməkdir".

Əsgərli "Şamaxı"nın gözləniləndən daha yaxşı pillədə olduğunu vurğulayıb: "Çox tez inkişaf etmişik. Üzərimizdə təzyiq yoxdur".

Son xəbərlər

Orphus sistemi