"Şalke" klubu baş məşqçisi ilə vidalaşıb
Futbol
- 06 mart, 2022
- 11:41
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Almaniya "Şalke"si baş məşqçisi Dimitrios Qrammozislə yollarını ayırıb.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 44 yaşlı yunanıstanlı mütəxəssislə birlikdə onun köməkçiləri Sven Pipenbrok və Uil Kurt da istefaya göndərilib.
Klubun idman direktoru Ruven Şreder bildirib ki, Bundesliqaya çıxmaq şansları davam etdiyindən məşqçilər heyətində yeni nəfəsə ehtiyac var.
Qrammozisin Gelzenkirhen təmsilçisi ilə bu ilin yayınadək müqaviləsi var idi.
Qeyd edək ki, "Şalke" 25 turdan sonra 41 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. Komandanı lider "Darmştadt"dan cəmi 6 xal ayırır.
Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşov "Şalke"nin U-23 komandasında çıxış edir.
Son xəbərlər
17:22
UEFA Gənclər Liqası: "Qarabağ"ın U-19 komandası "Dinamo"ya uduzub
Futbol
17:20
Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 15 % artıb
Maliyyə
17:19
ADY: Çindən alınacaq elektrik qatarları əsasən Bakı–Qazax yolunda istismar olunacaq
İnfrastruktur
17:16
Sumqayıtda cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq
Fərdi
17:11
Azərbaycan banklarına depozit qoyuluşu il ərzində 12 %-dən çox artıb
Maliyyə
17:10
Biləsuvarda əmək yarmarkası keçirilib
Sosial müdafiə
17:06
Foto
Süni intellekt, innovasiyalar və medianın gələcəyi müzakirə olunub
Media
17:03
UKMTO Ədən körfəzində ticarət gəmilərinə yaxınlaşan şübhəli gəmilər barədə xəbərdarlıq edib
Digər ölkələr
17:02
Video
İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-ə çatıb - Yenilənib-3
Digər ölkələr