Şahruddin Məhəmmədəliyev ən çox qol buraxan və ən çox qurtarış edən qapıçılardandır

Şahruddin Məhəmmədəliyev ən çox qol buraxan və ən çox qurtarış edən qapıçılardandır 2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində IX turun ilk oyunlarında sonra statistik göstəricilər açıqlanıb.
Futbol
608
12 Noyabr , 2021 09:43
Şahruddin Məhəmmədəliyev ən çox qol buraxan və ən çox qurtarış edən qapıçılardandır

2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində IX turun ilk oyunlarında sonra statistik göstəricilər açıqlanıb.

"Report"un UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, Azərbaycan yığmasının üzvü Şahruddin Məhəmmədəliyev tsikldə ən çox qol buraxan qapıçılardandır.

27 yaşlı oyunçu 8 görüşdə 18 dəfə məyus olub. San Marinonun qapıçısı Elia Benedettini qapısında 32, Lixtenşteyndən Benyamin Büxel 28, Maltadan Genri Bonello isə 24 qol görüb.

Bundan əlavə, Məhəmmədəliyev seçmə mərhələdə ən çox qurtarış edən qapıçılar siyahısında Benedettini ilə birlikdə 2-3-cü yerləri bölüşdürür. Hər iki oyunçu 44 dəfə komandalarını qoldan xilas edib. Siyahıya isə 57 "seyv"lə Benyamin Büxel başçılıq edir.

Qeyd edək ki, Azərbaycan millisi son olaraq Bakıda Lüksemburqa 1:3 hesabı ilə uduzub.

Son xəbərlər

Orphus sistemi