Sabri Sarıoğlu uzun müddətdən sonra Türkiyə millisinə dəvət alıb

Sabri Sarıoğlu uzun müddətdən sonra Türkiyə millisinə dəvət alıb İslandiya və Finlandiya ilə oyunlar üçün heyət açıqlanıb
Futbol
279
30 Sentyabr , 2017 14:36
Sabri Sarıoğlu uzun müddətdən sonra Türkiyə millisinə dəvət alıb

Bakı. 30 sentyabr. REPORT.AZ/ Türkiyə milli komandasının İslandiya və Finlandiya ilə keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup matçları üçün heyəti açıqlanıb. "Report"un məlumatına görə, baş məşqçi Mirça Luçesku qarşıdakı oyunlara 29 futbolçu çağırıb.

Onların arasında Sabri Sarıoğlu və Volkan Şən də var. Sarıoğlu sonuncu dəfə 11 noyabr 2011-ci ildə "ay-ulduzlu" forma geyinib. Həmin gün Türkiyə millisi 2012-ci il Avropa çempionatının "pley-off" matçında Xorvatiyaya 0:3 hesabı ilə uduzub. Şən isə "Trabzonspor"un heyətində nadir hallarda forma şansı qazanır. 

Qapıçılar: Harun Tekin ("Bursaspor"), Serkan Kırıntılı ("Konyaspor"), Volkan Babacan ("Başakşehir")

Müdafiəçilər: Kaan Ayhan ("Fortuna", Almaniya), Sabri Sarıoğlu ("Göztəpə"), Mehmet Topal ("Fənərbağça"), Ömər Toprak ("Borussiya" Dortmund, Almaniya), Çağlar Söyüncü ("Frayburq", Almaniya), Sərdar Aziz ("Qalatasaray"), Caner Erkin ("Beşiktaş"), İsmail Köybaşı ("Fənərbağça")

Yarımmüdafiəçilər: Əmrə Belözoğlu ("Başakşehir"), Nuri Şahin ("Borussiya Dortmund, Almaniya), Selçuk İnan ("Qalatasaray"), Cengiz Ünder ("Roma", İtaliya), Əmrə Mor ("Selta", İspaniya), Oğuzhan Özyakup ("Beşiktaş"), Okay Yokuşlu ("Trabzonspor"), Yusuf Yazıcı ("Trabzonspor"), Hakan Çalhanoğlu ("Milan", İtaliya), Ozan Tufan ("Fənərbağça"), Tolqa Ciğerci ("Qalatasaray"), Yunus Mallı ("Volfsburq", Almaniya), Arda Turan ("Barselona", İspaniya), Volkan Şən ("Trabzonspor")."

Hücumçular: Burak Yılmaz ("Trabzonspor"), Cenk Tosun ("Beşiktaş"), Enes Ünal ("Vilyarreal", İspaniya), Mevlüt Ərdinç ("Başakşehir")

Qeyd edək ki, Türkiyə millisi İslandiyanı oktyabrın 6-da Eskişehirdə qəbul edəcək. "Ay-ulduzlular" bundan 3 gün sonra Finlandiyanın qonağı olacaqlar. Son 2 tur ərəfəsində Mirça Luçeskunun baş məşqçi olduğu komanda İ qrupunda 14 xalla 3-cü pillədə qərarlaşıb. Eyni xala malik Ukrayna 4-cüdür. İlk 2 pillədə hərəyə 16 xalı olan Xorvatiya və İslandiya, son 2 pillədə isə 7 xala malik Finlandiya ilə 1 xalı olan Kosovo qərarlaşıb.     

Son xəbərlər

Orphus sistemi