Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsinin rəhbəri Yosiro Mori istefa verəcək.
"Report" yerli TBS telekanalına istinadən xəbər verir ki, Morini bu postda sabiq futbolçu Saburo Kavabuti əvəzləyəcək.
84 yaşlı funksioner hazırda Yaponiya Futbol Assosiasiyasında məsləhətçi kimi fəaliyyət göstərir. O, Tokiodakı Olimpiya kəndinin meridir. Təşkilat Komitəsinin növbəti iclası fevralın 12-də olacaq. Həmin gün qərarın açıqlanacağı gözlənilir.
Qeyd edək ki, Yosiro Morinin qadınlar haqqında işlətdiyi ifadələr tənqiqlərə səbəb olub. Saburo Kavabuti 1958 - 1965-ci illərdə Yaponiya yığmasının formasını geyinib. O, 1980 - 1981-ci illərdə millidə baş məşqçi vəzifəsində çalışıb.
Tokio Yay Olimpiya Oyunları koronavirus pandemiyası ilə əlaqədar 2020-ci il 24 iyul - 9 avqustdan bu il 23 iyul - 8 avqusta təxirə salınıb.